Polisin "saxla" əmrinə tabe olmayan sürücü qaçdı və ... - FOTO

Ucarda sürücü müəmmalı şəkildə yoxa çıxıb.
Ötən gün gecə saatlarında Baş Dövlət Yol Polisinin Ucar Rayon Şöbəsinin Yol Polisi əməkdaşları nömrəsiz nəqliyyat vasitəsini rayon ərazisində saxlayıblar. Sənət təqdim etməyən sürücü hadisə yerindən qaçıb. Aparılan axtarışlar nəticəsində hadisə yerindən mobil telefon aşkar olunaraq götürülüb. Sürücü isə yoxa çıxıb. Yaxınları onun itkin düşməsi barədə polis şöbəsinə məlumat verib.
Qeyd edək ki, onun yaxınlıqdakı kanala düşməsi də ehtimal olunur.
Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, dekabrın 23-də gecə saatlarında yol polisi əməkdaşları hərəkətdə olan və üzərində dövlət qeydiyyat nişanı olmayan "İJ" markalı nəqliyyat vasitəsinə saxla işarəsi veriblər. Bu zaman sükan arxasında olan Zərdab rayonunda qeydiyyatda olan və Ucar rayonunda yaşayan Səlyəddin Vahidov sənəd təqdim etmək adı ilə nəqliyyat vasitəsini kənara çəkərək yaxınlıqdakı fermaya qaçıb. Nəqliyyat vasitəsi götürülərək aidiyyatı üzrə təhvil verilib.
Bu gün S.Vahidovun yaxınları onun itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər. S. Vahidovun tapılması istiqamətində axtarışlar davam edir. (apa)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ

















