Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan taksi sürücüsü tutulub - VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Avtosfer.az-a bildirib ki, əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.
***
Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə çox saylı xəsarət yetirməsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.
1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.
Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəminində baş verib.
“Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır”, - deyə DİN-in məlumatında qeyd edilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












