Maşınları “protiv” saxlayaraq hərəkət zolağını məşğul etdilər - FOTO

Piyadalardan sonra sürücülərin yolunu kəsən avtomobillər maşınların hərəkətinə imkan vermir.
Avtosfer.az xəbər verir ki, şikayətçi kamerasına düşən görüntü Dərnəgül ərazisində baş verib. Yoldan istifadə edən sürücülərin məlumatına görə bu ərazidə hər gün eyni hal yaşanır. Acınacaqlı məqam isə vəziyyətin normallaşdırılaraq kobud qayda pozuntusunun davamlı qeydə alınmasıdır. Səkiləri, parkları, piyada keçidlərini zəbt etməklə kifayətlənməyən sürücülər artıq avtomobil yollarına qədər gələrək hər yeri şəxsi parkinq zonasına çeviriblər. Dayanma-durma qaydalarını görməzdən gələn avtomobil sahibləri, bununla kifayətlənməyərək daha bir pozuntuya əl atıblar. Belə ki, fotoşəkildə parklanmış avtomobillərin əks istiqamətdə hərəkət zolağını məşğul etməsi digər qayda pozuntusuna baş vurduqlarını görmək mümkündür. İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsində əks olunan dayanma-durma qaydalarını görməməyi seçən sürücülərin 20 manat cərimə ilə etdikləri yanlışı təkrarlamayacaqlarına ümid edirik.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













