Psixoloq anasını ÖLDÜRÜB, bank hesabındakı pulla "JAGUAR" ALDI

Böyük Britaniyada psixoloq Robert Çayld anasını puluna görə öldürüb.
Həmin pulla özünə "Jaguar" markalı avtomobil alıb.
O, anasının evinə gələrək ona 30-dan çox zərbə endirib, bundan sonra onun cəsədini arxa otaqda gizlədib. Cinayəti gizlətmək üçün öz telefonunu iş yerində qoyub və zərərçəkənin nömrəsindən ona zəng edib. Bundan əlavə, özü ilə ehtiyat paltar da götürüb.
Qətldən dərhal sonra psixoloq anasının bank hesabından 25 min funt-sterlinq oğurlayıb. Ertəsi gün qonşular onun meyitini tapıblar. Cinayət yerinə gələn polis kamera görüntülərini araşdırıb və məlum olub ki, cinayəti törədən yaşlının qızı Çaylddır. Bundan sonra o, həbs edilib.
Cinayət zamanı külli miqdarda borcu olan şəxs oğurladığı pulları “Jaguar” markalı avtomobilə xərclədiyi bilinib. O, qətli etiraf edib və bunu anası ilə siyasi fikir ayrılığı ilə əlaqələndirib. O, 30 il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra azadlığa çıxa biləcəyi ilə ömürlük həbs cəzasına məhkum edilib.
2022-ci ilin fevral ayının əvvəlində psixoloq yenidən məhkəməyə gəlib. Məlum olub ki, atası həyat yoldaşının ölümündən bir neçə həftə sonra dünyasını dəyişib. Nəticədə onun mirası qatilə keçib. Prokurorların fikrincə, Çaylda gedən 78 min funt-sterlinq cinayətlə bağlı maddi qazanc kimi qiymətləndirilə bilər.
Məhkəmə Çaylda miras qalan pulu üç ay ərzində qaytarmağı tapşırıb. Əks halda onun həbs müddəti 2,5 il uzadılacaq.
Qeyd olunur ki, psixoloq cinayəti törətməzdən əvvəl insanlara xidmətləri barədə dəfələrlə yalan danışıb. O, dünya şöhrətli müştərilərlə sessiyalar keçirdiyini və fəlsəfə doktoru elmi dərəcəsini aldığını iddia edib. Bundan əlavə, psixoloq döyüş bölgələrində işlədiyini, beyin qanaması keçirdiyini və Böyük Britaniya komandasında hokkey oynadığını bildirib. (lent.az)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












