Bakıda meyvə alıb pulunu vermədən qaçan sürücü kameraya düşdü - VİDEO
Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən hadisə maşınından yardım alaraq dələduzluq edən şəxsi işıqlandırıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Kameralara düşən görüntüdən də bəlli olduğu kimi 50-EC-840 opel astra markalı avtomobil meyvə almaq məqsədilə dükana yaxınlaşır və satıcıya maşınını yolun digər tərəfində saxlayaraq qayıdacağını qeyd edir. Avtomobilini park etdikdən sonra meyvə-tərəvəz dükanına yaxınlaşaraq istədiyini alıb, pulunu ödəyir.
Daha sonra cibindən 10 azn çıxararaq satıcıdan pulu xırdalamasını xahiş edir. Pulun qarşılığında iki ədəd 5 manat alan dələduz əlini cibinə ataraq pul kisəsini maşında unutduğunu bildirir. Pulu götürmək adıyla maşınına üz tutduğu zaman satıcı ondan şübhələnməyə başlayır, amma artıq gec olur. Avtomobilinə əyləşən “qəhrəman” yüksək sürət həddi ilə ərazidən uzaqlaşır.
Təəssüf hissi ilə qeyd edirik ki, bu tipli fırıldaqların sayı artmaqdadır. Paylaşmaqda məqsədimiz sizin də belə hadisələrlə qarşılaşmamağınız üçün diqqətli davranaraq tədbiri əldən verməməyinizdir.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












