Qadını avtobusun altına itələyən kişidən GÖZLƏNİLMƏZ HƏRƏKƏT

Omskda 35 yaşlı kişi rus qadını mikroavtobusun altına itələdikdən sonra öz gözünü çıxardıb. O, qadını öldürməyə cəhdə görə saxlanılıb.
Bu barədə "Lenta.ru" məlumat yayıb.
Agentliyin məlumatına görə, Omsk şəhərinin "Magistralnaya küçəsi"ndəki avtobus dayanacağında narkotikin təsiri altında olan kişi qadını mikroavtobusun altına itələyib. "Qazel"in sürücüsünün peşəkarlığı qadını ölümdən xilas edib. Belə ki, o, sürəti azaldıb və qadının təkərlər altında qalmasına imkan verməyib.
Bundan sonra narkotik maddənin təsiri altında olan kişi öz gözünü çıxardıb. Cərrahlar ciddi səy göstərsələr də, onun gözünü bərpa etmək mümkün olmayıb. Onlar gözü çıxartmağa məcbur olub.
Qeyd edək ki, o, digər gözünü isə əvvəllər cəza çəkdiyi həbsxanada çıxardıb.
Xatırladaq ki, zərərçəkmiş qadına isə beyin silkələnməsi diaqnozu qoyulub və ambulator müalicəyə göndərilib. (publika)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












