Qadının komaya düşməsində təqsirləndirilən plastik cərrahın məhkəməsi başladı

Nəsimi Rayon Məhkəməsində əməliyyat zamanı xəstənin komaya düşməsində təqsirləndirilən estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən Cəmilə Əliyevanın vəkili vəsatət verib və iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi yanvarın 28-nə təyin edilib.
İttihama görə, hadisə ötən ilin aprel ayında Bakıdakı "MedAura" klinikasında baş verib. Klinikada rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. Məlumata görə, komadan ayılan qadın sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib.
Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb, Yaqub Əsədi və Cəmilə Əliyeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












