Qanunsuz tikinti işlərinin qarşısı alınıb - FOTO

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan qanunsuz tikinti işlərinə qarşı mübarizə tədbirləri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, RİH əməkdaşları tərəfindən rayon ərazisində monitorinq keçirilərkən Saray, Masazır kəndlərində, o cümlədən Xırdalan şəhərində qanunvericiliyin tələblərinə uyğun olmayan inşa işlərinin həyata keçirildiyi aşkarlanıb.
Belə ki, Saray və Masazır kəndlərində qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aşkarlanıb. İnşa işləri dayandırılıb və sökülüb.
Eyni zamanda Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 27-ci məhəllədə yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qanunsuz olaraq qazıntı işlərinin aparılmasının qarşısı alınıb. RİH-in əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman məlum olub ki, binanın qeyri-yaşayış sahəsinin qarşısında vətəndaş tərəfindən heç bir icazəverici sənədlər əldə olunmadan gecə saatlarında binanın zirzəmi hissəsində qanunvericiliyin tələblərini pozmaqla ərazidə qazıntı işləri aparılıb. Bununla bağlı RİH əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, aparılan qeyri-qanuni fəaliyyət dayandırlıb, o cümlədən ərazinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülməkdədir. Görülmüş tədbirlər nəticəsində qazılmış hissə torpaq örtüyü ilə örtülüb və əlavə bərkitmə işləri həyata keçirilir.
Üstəlik sözügedən əraziyə nəzarət tədbirləri gücləndirilib və bu kimi hallara yenidən yol verilməməsi üçün xüsusi tapşırıqlar verilib.
Qeyd olunur ki, qanunsuzluğa yol vermiş şəxs barəsində inzibati tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına da müraciət edilib.

![]()
![]()
![]()

![]()
![]()



![]()
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı












