Banner

Qaradağda peşə məktəbinin keçilməz yolu: Bərbad küçə niyə təmir olunmur? - VİDEO

Hadisə 26 Oktyabr 2026 12:48
Qaradağda peşə məktəbinin keçilməz yolu: Bərbad küçə niyə təmir olunmur? - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində peşə məktəbinin qarşısındakı yolun baxımsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Görüntülərdən aydın olur ki, yolun müxtəlif hissələrində iri gölməçələr yaranıb, ərazi palçığa qərq olub. Küçənin kənarlarında yığılıb qalan tullantılar və bitki qalıqları da durumu daha da ağırlaşdırır.

Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə bu yoldan istifadə etmək ciddi çətinlik yaradır. Mövcud vəziyyət peşə məktəbinə gedənlərin, eləcə də ərazidə yaşayan insanların gündəlik hərəkətinə mane olur.

Problemin həlli istiqamətində isə nə yerli bələdiyyə və digər aidiyyəti qurumlar tərəfindən indiyədək hər hansı tədbir görülməyib.

Baku.tvhttps://baku.tv/embed/280984

 

 

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh