Qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ÖLDÜ

Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Saatlı rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Arif Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












