Qarlı havada sürücülərin çətin anları - VİDEO

Qarlı havanın yollarda yaratdığı fəsadlar daha çox qəzaların yaranmasına gətirib çıxarır. Məhz bu baxımdan sürücülərə kəskin hava şəraitində diqqətli olmaları dönə-dönə bildirilir. Təbii ki, bu xəbərdarlığı nəzərə almayan kifayət qədər sürücülər var. Elə videogörüntü də məhz bu problemi işıqlandırır.
Avtosfer.az xəbər verir ki, yol kamerasında müxtəlif saatlarda qeydə alınan hadisə Rusiyada baş verib. Belə ki, sürücülər buzlu yolda avtomobillərini park edə bilməyərək müəyyən qəzalar törədiblər.
İlk görüntüdə sürət həddi, təkərlərin mövcud yola uyğun təchiz olunmaması maşının dirəyə çırpılmasına səbəb olub.
Digər kadrdaysa maşınının idarəsini əlindən buraxaraq güclə saxlamağa müvəffəq olub. Nəticədə avtomobil parklanmış maşınların bir neçəsinə dəyərək onları zədələyib.
Kadrlara düşən başqa bir sürücü isə manevr edərək qəza yaratmamağa çalışsa da qarşıdan gələn avtomobilə dəyərək hər iki maşının yararsız hala düşməsinə səbəb olub.
Həmçinin kadrlarda digər nəqliyyat vasitələrinin ciddi qəza yaratmasa belə idarəetmədə çətinliklə üz-üzə gəldikləri bariz görünür.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












