Qaxda güclü külək istirahət parkında ağacları aşırdı - FOTO

Qaxda güclü külək istirahət parkında ağacları aşırıb.
Bu gün günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Günorta saat 15 radələrindən başlayaraq bir saat müddətində Balakən, Zaqatala və Qax rayonları ərazində küləkli və yağışlı hava şəraiti olub.
Güclü külək səbəbindən Qax şəhəri İ. Mustafayev küçəsində Nizami istirahət parkı ərazisində 10 yaxın irigövdəli iynəyarpaqlı ağac yıxılıb. Ağacların yıxılması zamanı ərazidə olan insanlar arasında xəsarət alan olmayıb.
Şəhərin Vidadi küçəsində əncir ağacı aşması nəticəsində ərazidə olan minik avtomobili zədələnib, elektrik naqilləri qırılıb. Əraziyə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.
Rayonun Alatəmir kənd inzibati ərazisində də bir-neçə ağacın aşdığı bildirilir. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO














