Qaxda qarın hündürlüyü 55 sm-ə çatır - Faktiki hava

Yaxın iki gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkədə müşahidə olunan faktiki havaya gəlincə, dünən axşam Culfa, Ordubad, Quba, Xaçmaz, Qusar, Qrız, Yardımlı, Şabran, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Çilov adasında 1.0 -2.0 mm-dək müşahidə olunan az yağıntı 26-sı səhər tədricən kəsilib, əksər rayonlarda əsasən yağmursuz keçib. Qar örtüyü tədricən əriyib və hazırda onun hündürlüyü Sarıbaşda (Qax) 55 sm, Lerikdə 52 sm, Altıağacda 29 sm, Ağdərədə (Ordubad) 26 sm, Yardımlıda 23 sm, Kişçay (Şəkidə) 14 sm, Xaltan, Daşkəsəndə 12 sm, Qrızda 11 sm, Göygöldə 6 sm-dir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5°-dək isti, Naxçıvan MR-də 6°-dək şaxta, dağlıq rayonlarda 10°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












