Qaynatasının avtomobilini yandıran ŞƏXS HƏBS EDİLİB

Gəncədə qaynatasının avtomobilinin üzərinə benzin tökərək yandıran şəxs həbs edilib.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, hadisə 14 mart tarixində şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
1988-ci ildə Daşkəsən rayonunun Çanaxçı kəndində anadan olmuş Cavid Ələsgərov (ad-soyad şərti) 1968-ci il təvəllüdlü qaynatası F.Ələsgərovun VAZ markalı maşını yandırıb. Cavid Ələsgərov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, qaynatası ilə mübahisəsinin səbəbi mənzil qeydiyyatı ilə bağlı olub. Qaynatası ona qarşı ailəsinin yanında nalayiq ifadələr işlədib, bu ona pis təsir edib, bir gün cavab verməyib, əsəblərini cilovlamaq qərarına gəlib. Lakin hirsi soyumayıb və acığını qaynatasının avtomobilindən çıxıb. Cavid Ələsgərov əməlindən peşman olduğunu bildirib və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Cavid Ələsgərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 10 gün müddətində inzibati tənbeh növündə həbs edilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












