Qəbələyə sel gəldi - Bu kəndə gediş-gəliş çətinləşdi - VİDEO

Son günlər yağan şiddətli yağışlar nəticəsində Qəbələ rayonunda Qaraçay çayında selə səbəb olub.
Nəticədə Dandıx və Solqıca kəndlərini rayon mərkəzi ilə birləşdirən yoldan istifadə etmək müşkülə çevrilib. Belə ki, adıçəkilən kəndlərdən rayon mərkəzinə gedən yol çayın yatağından keçir. Yağışlar nəticəsində çaydada sululuq artıdığına görə yoldan çox çətinliklə istifadə edilir. Yağıntılardan sonra çayda suyun səviyyəsi artdı. Kəndə gediş-gəliş çətinləşdi. Bura Qəbələ rayonunun Dandıx kəndidir. 220-yə qədər ailənin yaşadığı kəndi rayon mərkəzi ilə birləşdirən yol Qaraçay çayının yatağından keçir. Son günlər havaların yağıntılı keçməsi səbəbindən çayda yaranan sel yolun 3-km ə qədər hissəsini keçilməz hala salıb. Əksər avtomobillər yoldan keçə bilmir. Məsələ ilə bağlı Qəbələ rayon icra hakimiyyətindən verilən məlumata görə aidiyyəti qurumların rəsmiləri ilə əraziyə baxış keçirilib. Hazırda oraya cəlb olunan texnikaların köməyilə kənd sakinlərinin hərəkəti üçün şərait yaradılır. ''Sululuq çox olduğu üçün əlavə tədbirlər görmək mümkün deyil. Səviyyədə azalma olan kimi problem aradan qaldırılacaq''-deyə məlumatda bildirilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












