Qəza oldu, maşındakı uşaq çölə düşdü - VİDEO

Rusiyada, Krasnoyarsk diyarında qəza nəticəsində iki azyaşlı uşağın avtomobilin pəncərəsindən atılması videoya düşüb.
Avtosfer.az bildirir ki, müşahidə kameralarından çəkilmiş görüntüləri Daxili İşlər Nazirliyinin Rusiya regionu üzrə mətbuat xidməti VKontakte sosial şəbəkəsində paylaşıb.
Qəza dekabrın 4-də Krasnoyarskda Rokossovski, 20 ünvanının yaxınlığındakı yol ayrıcında baş verib. İki "Honda" markalı avtomobil toqquşub. Avtomobillərdən birində iki azyaşlı uşaq olub: altı aylıq və üç yaşlı. Uşaqlar reanimasiyaya, anası da xəstəxanaya yerləşdirilib.
Kadrlarda toqquşmadan sonra avtomobilin dirəyə necə çırpıldığı və güclü zərbədən hər iki uşağın pəncərədən uçaraq asfaltın üzərinə düşməsi göstərilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, altı aylıq uşaq 28 yaşlı ananın qucağında, üç yaşlı uşaq isə avtomobil oturacağında əyləşib və bərkidilməmiş vəziyyətdə olub. İlkin məlumatlara görə, qəzanın günahkarı işıqforun qadağan olunmuş işarəsinə əhəmiyyət verməyən digər avtomobilin 23 yaşlı sürücüsüdür.
Milli.Az
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












