Qəzaya düşən şagirdlərdən biri əməliyyat olunur - Tur şirkətinin adı məlum oldu

Dünən Bakı-Şamaxı yolunda məktəbliləri istirahətdən gətirən avtobusun qəzaya uğraması nəticəsində ağır yaralanan şagirdlərdən biri, Elnur Qasımov yaxın saatlarda əməliyyat olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Elnur Qasımovun anası Aynur Qasımova verib. O, bildirib ki, hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Elnurun əməliyyatına hazırlıq aparılır: "Oğlumun əl barmaqları sınıb. Hazırda daxili orqanlarını yoxlayırlar. Yaxın saatlarda əməliyyat edəcəklər".
A. Qasımova şagirdlərin gəzintisini təşkil edən tur şirkətindən də gileyləndi. Bildirdi ki, tur şirkəti uşaqları 8 saat özəl klinikalardan birində gözlətsə də, ödənişi etmədiklərindən uşaqlar əməliyyat olunmayıb. Hər uşaq üçün isə tur şirkəti 23 manat turpaket haqqı alıb. A. Qasımovanın sözlərinə görə, bundan sonra uşağını Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirib.
O, istirahətə getmələrinin təfərrüatlarını da Sputnik Azərbaycan-la bölüşüb. Bildirib ki, bu il 4-cü sinfi başa vurmaqlarına görə, valideyunlər uşaqları rayonlardan birinə gəzintiyə aparmaq qərarına gəlib: "Əslində Elnur 6-cı sinifdə oxuyur, onların sinfi getmirdi. Qardaşı gedirdi deyə onu da apardım. Qayıdanda sürücü avtobusu saxlaya bilmədi. Bu hadisə baş verdi. Mən özüm də belimdən travma almışam. Tur şirkəti uşaqlarımla qəti maraqlanmır". 279 saylı məktəbin direktoru Südabə Abdullayeva gəzinti istirahət günü təşkil olunduğundan, hadisədən gecə saat 00:01 radələrində xəbər tutduğunu söyləyib: "Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinfin müəlliməsini də valideynlər qonaq edib. Arzu müəllimə də bu qəzada ciddi xəsarət alıb. Əllərini avtobusun ön şüşəsinin qırıqları doğrayıb. Zərbədən uşaqlar və müəllimə dərəyə yuvarlanıb. Burada əsas məsuliyyət turu təşkil edən şirkətdədir. Onlar qeyri-peşəkar tur təşkil etdiklərinə görə cavab verməlidirlər. Biz Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hadisə baş verən andan uşaqların yanındayıq". S. Abdullayeva bildirdi ki, uşaqlar üçün gəzintini təşkil edən şirkət "Empaty Travel" turizm şirkətidir. "Empaty Travel" şirkətindən nə qədər cəhd etsək də dəstəyi qaldırıb suallarımıza cavab verən olmadı. Qeyd edək ki, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108-ci kilometrliyində - Şamaxının "Acı dərə" deyilən ərazsindən keçən hissəsində qeydə alınıb. Sürücü Pərviz Quliyevin idarə etdiyi sərnişin avtobusu hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar Şamaxı, Qobustan və Bakıdakı müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər. Səhər saatlarına olan məlumata görə, Şamaxı və Qobustandakı xəstəxanalardan 1 nəfər ağır və 2 nəfər orta ağır xəsarət alanlar paytaxtdakı müxtəlif tibb müəssisələrinə köçürülüb. İnsan tələfatının olmadığı bildirilir.
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO
Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... - VİDEO
Polis təqib zamanı qeyri-adi hadisə ilə üzləşdi - VİDEO
Dayanacaqda avtobus gözləyən kişi qəfil vəfat etdi - VİDEO










