Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində küçələrin işıqlandırılması ilə bağlı problem yaşanır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə sakinlərdən biri sosial şəbəkə hesabında paylaşım edib.
Görüntülərdən aydın olur ki, ərazidəki işıq dirəklərinin bir qismi işlək vəziyyətdə deyil, bəzilərinin işığı isə yanıb-sönür. Bundan əlavə, bəzi dirəklərin əyilməsi də diqqət çəkir. Bu vəziyyət onların hər an qırılaraq yola və ya piyadaların üzərinə düşməsi riskini yaradır.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq göstəriş verilsə də, indiyədək işlərin icrasına başlanılmayıb.
O bildirib ki, ərazidə işıqlandırma probleminin aradan qaldırılması üçün tender elan edildiyi və qalibin müəyyənləşdiyi barədə məlumat eşidiblər. İşlərə bundan sonra başlanılacağı bildirilsə də, hələlik heç bir irəliləyiş yoxdur.
Qəsəbədə küçələrin lazımi səviyyədə işıqlandırılmaması, eləcə də əyilmiş işıq dirəkləri həm piyadaların, həm də sürücülərin təhlükəsizliyi baxımından narahatlıq doğurur.
Nərmin
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB












