Qohumunun evinə qonaq getdi, maşınını qaçırdı, həbsə düşdü

Bakıda evinə qonaq getdiyi qohumunun VAZ-21011 markalı, 57-BP- 926 dövlət qeydiyyat nişanlı avtomobilini qaçıran şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1977-ci il təvəllüdlü Qazax rayon sakini Azər (şərti) uzaq qohumluq əlaqəsi olan 1986-cı il təvəllüdlü Yevlax sakini Mahirin evinə qonaq gedib. Azər evdən çıxaraq Ziya Bünyadov prospekti, 2-ci keçiddə nəqliyyat yolunun kənarında Mahirə məxsus avtomobilə yaxınlaşıb. Bu zaman avtomobilin qapılarının açıq, açarlarının üzərində olduğunu görüb və qərara gəlib ki, maşının yerini dəyişib, bir az irəlidə saxlasın. Daha sonra Mahirə xəbər vermədən avtomobili sürməyə başlayıb.
Azər digər qohumlarının yaşadığı Binəqədi rayonu, Xocəsən qəsəbəsinə yollanıb və maşını orada saxlayıb. Bir qədər sonra Mahir avtomobilin saxladığı yerdə olmadığını görüb və qaçırıldığı düşünərək DİN-nin “102” xidmətinə məlumat verib. Maşın polis tərəfindən tapılaraq Mahirə təhvil verilib.
Məhkəmənin qərarı ilə Azər Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












