Qusarda 8 il əvvəl törədilmiş qətlin üstü açılıb

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisində 8 il əvvəl qeyri-aşkar şəraitdə törədilmiş qətlin açılması təmin edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Belə ki, aparılmış intensiv istintaq və əməliyyat tədbirləri ilə müəyyən edilib ki, 2014-cü ilin iyun ayında Qusar rayon sakini Sevindik Nəzirov digər şəxslərlə qabaqcadan əlbir olmaqla aralarında yaranmış mübahisə gedişatında tanışları Mahir Fərzəliyevə çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürüb.
Sevindik Nəzirov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmaqla istintaqa təhvil verilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Sevindik Nəzirov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli etiraf edib və Mahir Fərzəliyevi basdırdıqları yeri göstərib.
Hadisə yerinə baxış zamanı S. Nəzirovun göstərdiyi yerdən insan sümükləri aşkar edilərək müvafiq qaydada götürülüb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












