Qusarda istirahət mərkəzində yanğında xəsarət alanlar Bakıya göndərildi - YENİLƏNİB - YENİLƏNİB

Hadisə 22 Yanvar 2023 15:24 Oxunub 956
Qusarda istirahət mərkəzində yanğında xəsarət alanlar Bakıya göndərildi  - YENİLƏNİB - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qusar rayon prokurorluğundan Avtosfer.az-a verilən xəbərə görə, prokurorluq əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, zəruri istintaq hərəkətləri aparılıb. İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib. Aparılmış araşdırma zamanı yanğın nəticəsində 4 nəfər şəxsin - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşovun ölməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, yanğın zamanı 6 nəfər şəxs - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb. Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti stabildir. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

***

Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dövlət qulluğuna qəbul üzrə test imtahanları keçiriləcək

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib. (APA)

***

Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzində baş verən yanğında xəsarət alan 6 nəfər Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Yanıq xəsarətləri alanlar şəxslərin həmin mərkəzdə istirahətə gələn şəxslər olduğu bildirilir.

Qeyd edək ki, yanğın zamanı 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb. (apa)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh