"Range Rover"lə vurulan piyada "Prius"un təkərləri altında qaldı - MƏHKƏMƏ

Sabunçu Rayon Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Sakit Fərəclinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Fərəcli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə üç il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il Sabunçu rayonu, Zabrat-Maştağa şosesində qeydə alınıb.
Belə ki, Sakit Fərəcli idarə etdiyi "Range Rover" markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçidindən keçən M.M.-i (şərti) vurub. Bu zaman həmin şəxs digər zolaqda əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı avtomobilin altına düşərək ölüb.
Hadisədən sonra Sakit Fərəcli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












