"Rauf music" içib "TikTok"da söyüş söydü – 20 gün həbs olundu - FOTO

Qobustan rayonunda saz və gitarada ifa edən musiqiçi Rauf Cəbrayılov inzibati qayda pozuntusuna görə həbs olunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü, Qobustan rayonu, Nərimankənd kənd sakini Rauf Cəbrayılov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və məhkəmənin hökmü ilə 20 gün müddətinə həbs edilib.
Məlumata görə, Rauf Cəbrayılov "TikTok" sosial şəbəkəsində "rauf music" adlı hesabından istifadə edərək musiqiçi kimi iştirak etdiyi tədbirlərdən videolar paylaşıb. Lakin təxminən iki həftə əvvəl sərxoş vəziyyətdə "TikTok" hesabında canlı yayım açıb və bu zaman etikadan kənar ifadələr işlədib. Daha sonra, heç bir aidiyyəti olmadığı təqdirdə benzinin qiymətini qaldıran şəxslər barəsində də əxlaqa uyğun olmayan ifadələrdən istifadə edib.
Məhkəmədə Rauf Cəbrayılov bildirib ki, həmin vaxt sərxoş olduğu üçün inzibati xəta törətdiyini dərk etməyib və ona həbslə bağlı olmayan inzibati tənbehin tətbiq olunmasını xahiş edib.
Qeyd edək ki, Rauf Tağıyev bir neçə il əvvəl fəaliyyətini dayandıran "Lider" TV-də saz musiqi müsabiqəsinin iştirakçısı olub.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












