Rayonda narkotacir tutuldu - FOTO

Daşkəsən sakini külli miqdarda narkotiklə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.
Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan metamfetamin, heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













