“Reuters”: “Rusiyanın yüksək dəqiqlikli raketlərinin 60 %-i hədəfi vurmayıb”

“Rusiya ordusunun Ukraynanın dinc şəhərlərinə atdığı bütün yüksək dəqiqlikli raketlərin 60 %-ə qədəri hədəfi vura bilməyib. Rusiya raketlərinin bu dərəcədə uğursuzluğuna nəyin səbəb olduğu hələ məlum deyil”.
Bu barədə “Reuters” agentliyi kəşfiyyat məlumatları ilə tanış olan üç ABŞ rəsmisinə istinadən yazır.
Qeyd olunur ki, Rusiya Federasiyasının “yüksək dəqiqlikli” raketlərinin belə qeyri-dəqiqliyi ilə onlardan hər şeyi gözləmək olar: həm uğursuz buraxılışlar, həm də raketin zərbə zamanı partlamaması faktı.
Rusiyanın havadan buraxılan qanadlı raketlərinin uğursuzluq dərəcəsi 20-60 % arasında dəyişir. Bununla belə, mütəxəssislərin fikrincə, 20 % və ya daha çox uğursuzluq dərəcəsi yüksək hesab ediləcək.
Ukraynada tammiqyaslı xüsusi əməliyyatın ilk 20 günündə Rusiya qanadlı raketlərinin demək olar ki, bütün arsenalını istifadə edib. Söhbət “Kalibr” dəniz bazalı raketlərdən və “İsgəndər” kompleksləri üçün mərmilərdən gedir.
Eyni zamanda, hesablamalar göstərir ki, müharibənin ilk 22 günü ərzində Ukrayna şəhərlərinə 1 100 raket zərbəsi endirilib. Bu, Suriyadakı müharibədən 11 dəfə çoxdur.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












