Ruhin Tağıyevin vəkili öldü - Məhkəməsi təxirə salındı - FOTO

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi mayor Ruhin Tağıyevin məhkəməsi başlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
Məhkəməyə sədrlik edən hakim Günel Səmədova bildirib ki, Ruhin Tağıyevin müqavilə bağladığı vəkil Kərimağa Tağıyev ötən gün vəfat edib. Bu səbəbdən ona dövlət hesabına vəkil təyin edilib.
Məlumat üçün deyək ki, K.Tağıyev uzun illər prokurorluqda işləyib. Ötən il baş prokuror Kamran Əliyev 70 yaşı münasibətilə ona təbrik məktubu göndərmişdi.
Yeni vəkil cinayət işi ilə tanış olmadığı üçün hazırlıq iclası 4 fevrala kimi təxirə salınıb.
Qeyd edək ki, R.Tağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Fotoda (sağda): Kərimağa Tağıyev

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












