Rusiyadan 3 nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Şirin Məmmədov, Teymur Quliyevin və Yalçın İbadovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, istintaqı aparılan cinayət işləri üzrə Şirin Məmmədovun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri (qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrik etmə), Teymur Quliyevin həmin Məcəllənin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq), Yalçın İbadovun isə həmin Məcəllənin 182.1-ci maddəsində (hədə qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.
Hər 3 şəxs Rusiya Federasiyası ərazisində saxlanılaraq aprelin 20-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












