Saatlıda dövlət binasını yandırmağa cəhd edən şəxs saxlanıldı - VİDEO

Regional Məşğulluq İdarəsinin Saatlı Rayon Xidmət Şöbəsində yanğın olub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Həmin videoda bir nəfərin inzibati binanın döşəməsini yandırdığı görünür.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Saatlı rayonu Əbilkənd kənd sakini, Vətən müharibəsi iştirakçısı Vilayət Həsənov Mil-Muğan Regional Məşğulluq İdarəsinin Saatlı Rayon Xidmət Şöbəsinə yaxınlaşaraq fərdi təsərrüfatla məşğul olmaq üçün iri və xırdabuynuzlu heyvan verilməsini tələb edib:
“Qeyd olunub ki, bu zaman həmin qurumun əməkdaşı ona 2021-ci ildə 21 baş xırdabuynuzlu heyvan verildiyini izah edib və hazırda onun bu tələbinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib. Bundan sonra V.Həsənov şöbəni tərk edib, bir müddət sonra isə yenidən qayıdaraq inzibati binanın birinci mərtəbəsinin döşəməsini yandırıb. Yanğın ətrafdakıların köməyi ilə söndürülüb.
V.Həsənov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb və Saatlı Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 25 sutka inzibati qaydada həbs edilib”.
Qeyd edək ki, Vilayət Həsənov Vətən müharibəsinin iştirakçısı olub və dörd medalla təltif edilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












