Sabiq diplomatın cəzası azaldıldı

Sabiq diplomat Ramiz Vəliyevin cəzası 6 ay azaldılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Qərara əsasən, Ramiz Vəliyevə amnistiya tətbiq edilərək cəzası 5 ildən 4 il 6 aya endirilib. Ramiz Vəliyev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olub.
O, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb və Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb. Ramiz Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib. Qeyd edək ki, sabiq diplomat Ramiz Vəliyev vəkillikdən uzaqlşdırılmış Adəm Məmmədovun əmisidir.
Xatırladaq ki, ötən ilin sonunda Prezident İlham Əliyev amnistiya təşəbbüsü ilə çıxış edib. 4 ay müddətində icrası nəzərdə tutulan amnistiya ilə 5 min nəfərdən çox məhkumun cəzadan azad edilməsi, azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzasının 6 ay azaldılması, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından və 4 minə yaxın şəxsin digər cəzalardan və şərti cəzalardan azad edilməsi qərara alınıb. Mindən çox şəxsin cinayət məsuliyyəti ləğv olunacaq. Amnistiya müharibə veteranlarına, həlak olmuş və itkin düşmüş şəxslərin yaxınlarına, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərə, qadınlara, yaşı 60-dan yuxarı olanlara, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və az ağır cinayət törətmiş şəxslərə şamil ediləcək.
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










