Sabirabadda 122 yaşlı hamam məhv olmaq üzrədir – FOTO

Sabirabad rayonuunda 122 yaşlı tarixi hamam məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Avtosfer.az xəbər verir ki, hamam Sabirabad şəhəri Məhəmməd Füzuli küçəsində yerləşir. Tarixi hamam 1900-cu ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunub. Əvvəllər hamamı işlədən rayon sakini, Ağa Tağıyevin sözlərinə görə, Hamam çox baxımsız haldadır və aidiyyəti qurumlar tərəfindən laqeyd münasibət göstərilir: “Hamam 1900-cu ildə babam tərəfindən bərpa olunub. Atam 55 il bu hamamı işlədib. 1994-cü ildə vəfat edib. Həmin ildən 2005-ci ilə qədər mən işlətmişəm. Camaat gəlib gedib istirahət edib, hamam kimi təmizlik kimi. İndi hamam çox pis vəziyyətdədir, bərbad vəziyyətdədir. Təmirə ehtiyacı var”. Rayon sakinləri də, dövlət qeydiyyatına alınmış bir əsrdən çox yaşı olan tarixi əhəmiyyətli abidənin yenidən bərpa olunmasını istəyirlər: “Bu tarixi memarlıq abidəsi uzun illər burda fəaliyyət göstərərək Sabirabad sakinlərinə xidmət göstərib. Önəmli bir tarixi abidədir. Rayona gələn turistləri və digər qonaqları bu tarixi abidə ilə tanış edib onlara məlumat vermək olar. Xahiş edirik köməklik göstərilsin. Azərbaycanın bütün tarixi abidələri qorunmalıdır. Həmçinin Sabirabad rayonunun mərkəzində olan bu tarixi hamamda”. Tarixi hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir (inventar nömrəsi 4951). Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, abidə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bərpası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO











