Sabirabadda 6 il əvvəl istismara verilmiş yol bərbad vəziyyətdədir - VİDEO

Sabirabadda 6 il əvvəl istismara verilmiş yol hazırda yarasız vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, söhbət Sabirabadın Moranlı, Sərxanbəyli və Surxaykənd kəndləri də daxil olmaqla, 12 yaşayış məntəqəsini birləşdirən yoldan gedir. Rayon mərkəzindən 50 km-dək məsafədə yerləşən bu kəndlərin 22 min nəfərdən çox sakini illərdir yolsuzluqdan əziyyət çəkirlər. Bu yolun açılışı 2016-ci ilin dekabr ayında baş tutub. Üzərindən cəmi bir neçə il keçdikdən sonra yolun asfalt örtüyü dağılaraq yararsız vəziyyətə düşüb. Yolun bərbad vəziyyətdə olması sakinlərin həm əlavə vaxt sərf etməsinə, həm də maddi itkiyə səbəb olur. Sakinlər deyirlər ki, yolun sıradan çıxmasında iritonnajlı maşınların da rolu az olmayıb. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sözügedən yolun yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramına salınıb və bununla bağlı vəsait ayrılan kimi işlərə başlanacaq.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












