Sabirabadda pambıq emalı zavodu yanır - YENİLƏNİB - FOTO

Sabirabadda yanğının baş verdiyi pambıq zavodunda təhlükəsizlik tədbirləri görülür.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu gün saat 18 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.
Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.
***
Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü
İsti hava 101 nəfərin ölümünə səbəb oldu
Yanan elektromobili söndürənlərin də həyatı risk altındadır - VİDEO
Yumaq üçün təhvil aldığı maşından qızıl oğurladı; saxlanıldı - FOTO
Həmin gəmilərin vurulma anı - VİDEO
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO
İçkili halda maşın sürən qadın polisin “Saxla” əmrinə tabe olmadı – 557 min CƏRİMƏLƏNDİ - VİDEO















