Şabranda “KamAZ” işçinin üzərindən keçdi - YENİLƏNİB

Şabranda üzərindən "KamAZ" keçməsi nəticəsində ağır yaralanan şəxs xəstəxanada ölüb.
Rayon ərazisində "Kolin İnşaat" şirkəti tərəfindən həyata keçirilən dəmir yol xətti inşası zamanı üzərindən "KamAZ" markalı yük avtomobilinin keçməsi nəticəsində ağır yaralanan Rüstəm Ağacan oğlu Rüstəmov paytaxtdakı xəstəxanaya aparılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.
"KamAZ” markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.
Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır. (report)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












