“Sakinlər partlayış olan binadan çıxarılır” - DİN

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən "qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, partlayışdan sonra ərazidə xidmət aparan polis əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər.
İlkin müdaxilədən sonra əməkdaşlar tərəfindən FHN-in qaynar xəttinə və Təcili Yardıma xəbər verilib. Ardınca partlayış baş verən yaşayış binasındakı əhalinin evakuasiyasına başlanılıb.
İlkin məlumata görə, ikisi uşaq olmaqla hadisə zamanı ümumilikdə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Binanın həyətində park edilmiş vətəndaşlara məxsus 2 avtomobilə ziyan dəyib. Hazırda Xırdalan Şəhər Polis Şöbəsinin və Çevik Polis Alayının əməkdaşları tərəfindən partlayış baş verən binadan insanların təxliyyə olunaraq təhlükəsiz yerlərə köçürülməsi həyata keçirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə "AAAF" Park Yaşayış kompleksində baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












