Saxta qazi taksi sürücülərini aldatdı, telefonlarını və pullarını oğurladı

Bakıda taksi sürücülərini aldadaraq avtomobillərindən oğurluq edən lənkəranlı “qazi” tutulub.
“Qaynarinfo” xəbər verir ki, Əliyheydər Tağıyev adlı şəxs 1989-cu ildə Lənkəran anadan olub, 2020-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin 2021-ci ildə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.
Zərərçəkmiş Aslan (şərti) adlı şəxs taksi fəaliyyəti göstərib. Əliyheydər Tağıyev 2022-ci ilin 10 avqustunda saat 02:20 radələrində Binəqədi rayonu ərazisində, Ayna Sultanova parkının yaxınlığında ona yaxınlaşaraq “qazi” olduğunu, Nərimanov rayonuna gedəcəyini bildirdib. Sürücü razılaşaraq onu istədiyi istiqamətə aparıb. Bundan sonra Əliyheydər Tağıyev oğurluq planını gerçəkləşdirə bilib. Taksi sürücüsünə ayağının ağrıdığını bildirib və Nərimanov rayonu, Atatürk prospekti 29 ünvanında yerləşən marketdən onun üçün siqaret və şokolad almağını xahiş edib. Sürücü marketdən qayıdarkən “qazi”nin avtomobildən düşüb getdiyini görüb. Maşına baxanda isə 400 manata aldığı “Samsung Galaxy A20S” markalı mobil telefonun və avtomobilin qabaq oturacaqları arasındakı saxlanc yerində saxladığı 137 manat pulunun oğurlandığını görüb.
Əliyheydər Tağıyev eyni cinayət əməlini “AzSamand” markalı avtomobilin sürücüsünə qarşı da törədib. Belə ki, Ceyhun (şərti) “Koroğlu” metro stansiyasının yaxınlığında dayanaraq taksi fəaliyyəti ilə məşğul olub. Əliyheydər Tağıyev onu da eyni vasitə ilə tora salıb. Belə ki, ayağının ağrıdığını bildirərək, bank kartını sürücüyə verib və marketdən siqaretlə su almağını xahiş edib. Sürücüyə marketin kassasında kartın etibarsız olduğunu bildiriblər. O, geri qayıdanda Əliyheydər Tağıyev maşında olmadığını görüb.
Əliyheydər Tağıyev eyni ssenarini ilə Ceyhun (şərti) adlı sürücünün maşınında 1100 manat dəyəri olan “Samsung M52” markalı mobil telefonu, həmçinin telefonun qoburunun arxasındakı 300, avtomobilin salonundakı qoltuqaltının içərisindən 67 manatı götürüb.
Məhkəmənin qərarı ilə Əliyheydər Tağıyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü - VİDEO
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO










