Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi

Bakıda saxta vəkil vəsiqəsi ilə Sabunçu Rayon Prokurorluğunun inzibati binasına gəlib özünə aidiyyəti olmayan məlumatı almağa nail olan şəxs məsuliyyətə cəlb olunub.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən 1976-cı il təvəllüdlü Kənan Babayev (ad-soyad şərtidir) hüquq verən saxta vəsiqədən bilə-bilə istifadə etməkdə təqsirli bilinib.
Qeyd olunub ki, o, tanışının şikayəti ilə bağlı aparılan araşdırma materialı üzrə qərarın nəticəsi barədə məlumat əldə etmək üçün bu yola əl atıb. Kənanın əməlini isə prokurorluğun dəftərxanasında qalan pulqabısı ifşa edib.
Belə ki, dəftərxana müdiri Vəkillər Kollegiyasına zəng edərək vəkilə məxsus pulqabının prokurorluğun inzibati binasında qaldığını bildirib. Təxminən bir saat sonra ona həmin ad və soyadda vəkilin sistemdə qeydiyyatda olmadığı deyilib.
Növbəti gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov rayon prokuroru Murad Dadaşova zəng edərək məsələ barədə danışıb və unudulmuş əşya ilə sənədlər rəsmi qaydada Vəkillər Kollegiyasına göndərilib.
Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxs iki min manat məbləğində cərimə olunub.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












