Şəhid anasını söyən müəllim HƏBS EDİLDİ

Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.
Avtosfer.az xəbər verir ki, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib. Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır. O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir. Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib. Xatırladaq ki, şəhid anası ilə müəllim arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi.(bizim.media)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












