Şəkidə AĞIR QƏZA: iki azyaşlı öldü, 6 nəfər xəsarət aldı - YENİLƏNİB

Şəkidə baş verən ağır yol qəzasında ölən azyaşlıların kimliyi məlum olub.
Qəza zamanı hadisə yerində ölən azyaşlılar rayonun Çayqaraqoyunlu kənd sakinləridir.
Bunlar 2016-cı il təvəllüdlü Elşad Mikayıl oğlu Həşimov və 2013-cü il təvəllüdlü Çiçək Cəmil qızı Əhmədovadır. (apa)
xxx
Şəkidə ağır yol qəzası baş verib, iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər xəsarət alıb.
Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı avtomobildə olan və hələki şəxsiyyəti dəqiqləşməyən iki azyaşlı hadisə yerində ölüb. Daha 6 nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir. (apa)
xxx
Şəkidə baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.
Rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi 30-BK-823 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.
Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
xxx
Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.
Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (report)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












