Şəkidə dağətəyi ərazidə yanğın başlayıb

Şəki şəhərinin yuxarı dağətəyi hissəsində yanğın başlayıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saat 13 radələrində Şəki şəhərinin yuxarı hissəsində, Bəxtiyar Vahabzadə küçəsinin yaxınlığında dağətəyi ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
İlkin məlumata görə, yanğın 3 hektar ərazini əhatə edir. Ərazidə kol-kos, xəzəl və xırda ağaclar yanır. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.
Daha bir yanğın hadisəsi saat 15 radələrində rayonun Oxut kəndində sakinlərə məxsus əkin sahələrində qeydə alınıb. Burada yanğının 1 hektar ərazini əhatə etdiyi bildirilir. Yanğının söndürülməsi üçün yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












