Şəkidə evdə partlayış: ana xəsarət aldı, övladları öldü - YENİLƏNİB

Şəkidə qaz sızması səbəbində evdə baş verən partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.
Hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.
Ona qeyd edək ki, azyaşlıların anası 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova isə Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. (apa)
***
Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
Hadisə rayonun Aşağı Göynük kəndində, yaşayış evlərindən birində baş verib.
Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avitosfer.az-a bildirilib ki, gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












