Şəkidə selin zərər vurduğu kəndlə əlaqə təmin edilib - FOTO

Şəkidə kəndlə əlaqə təmin edilib.
Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Cunud kəndindən keçən Qara çayda bərpa işlərinə başlanılıb. Belə ki, sel sularının yuyub apardığı çay üzərində olan keçidin bərpası üzün əraziyə AAYDA-nin 12 saylı Şəki Yol İstismarı İdarəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Artıq Cunud kəndi ilə Şəki şəhərinə gediş-gəlişi təmin edən Qara çay üzərindəki keçid bərpa olunub və hazırda minik avtomobili və piyadaların hərəkəti üçün heç bir problem yoxdur. Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Qeyd edək ki, dünən axşam saatlarında Şəkinin Cunud kəndi ərazisindən axan Qaraçay çayına sel gəlməsi nəticəsində kəndlə Şəki şəhərinin əlaqəsi kəsilmişdi. Dağlardan gələn sel suları Cunud kənd sakini Röyal Nadirova məxsus "VAZ-2106" markalı avtomobili də apararaq yararsız vəziyyətə salıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ















