TƏBİB: Şəkidə avtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb – YENİLƏNİB + FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Avtosfer.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
saat 17.37
Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.
Avtosfer.az-ın Şimal-Qərb bürosunun müxbirinin verdiyi xəbərə görə, avtobusu idarə edən şəxs 959-cu il təvəllüdlü Ağdam rayon sakini Elyar Əhmədov olub.Elyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub. Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir. Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
***
saat 17.21
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Avtosfer.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.
***
saat 17.00
Şəkidə turistlərin olduğu avtobus aşıb.
Avtosfer.az-ın Şimal-Qərb bürosunun müxbirinin verdiyi xəbərə görə, bu gün saat 16.30 radələrində Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzində, dağlıq ərazidə içərisində 25 nəfərə yaxın turist olan İsuzu” markalı avtobus dərəyə aşıb. Qəza nəticəsində yaralananlar var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub.
Yasamalda hərəkətdə olan “Changan” qəfil alışdı - FHN müdaxilə etdi - VİDEO
Piyada keçidi ola-ola yolu maşınların arasından keçdilər - VİDEO
Uşaqların tədbirində hava şarı qopdu, 3 nəfər xəsarət aldı - VİDEO
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib, yolda avtomobilə hücum edən 3 nəfərə həbs qərarı
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi; onlayn qumar və kazino oyunları ifşa edildi - VİDEO
Keçiddə dayanıb taksi gözləyən yaşlı kişi sürücünü çaşdırdı - VİDEO















