Şəkidə "Kamaz" yandı

Şəkidə yük maşınında yanğın olub, sürücü yanıq xəsarətləri alıb.
Bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kəndində, kənd sakini Əsadulla Yusif oğlu Yusifovun yaşadığı evin yaxınlığında park edilmiş, 1993-cü il təvəllüdlü Ağdaş rayon sakini Vüqar Mustafa oğlu Quliyeva məxsus "KAMAZ" markalı, 45-BF-041 dövlət qeydiyyat nişanlı yük avtomobilinə qoşulmuş 03-ZA-051 dövlət qeydiyyat nişanlı qoşquda yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində yük maşının qoşqusunun yanar hissələri və qoşquya yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Yüksək temperaturdan Əsədulla Yusifova məxsus 1 ədəd qaz sayğacı əriyib.
Yanğın zamanı avtomobilin sürücü Vüqar Quliyev bədən nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Xidməti tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaxınlıqdakı digər tikililər, ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












