Səkkiz yaşlı oğlunu döyüb qəbir qazdırdı

İvanovo vilayətinin sakini səkkiz yaşlı oğlunu döyərək özünə qəbir qazmağa məcbur edib.
Bu barədə regional İstintaq Komitəsinin (İK) saytında məlumat verilib.
Məlumata görə, 33 yaşlı kişi oğlu ilə 2021-ci ilin yayından 2022-ci ilin payızına qədər Staraya Viçuqa kəndində yaşayıb. Buna qədər uşaq nənəsinin himayəsində böyüyüb, anası isə valideynlik hüququndan məhrum edilib.
Müstəntiqlərin müəyyən etdiyi kimi, kişi uşağı sistematik şəkildə döyüb, o cümlədən bədəninə kəmərlə vurub. 2022-ci il noyabrın 9-da kişi oğlunun başına əli ilə vuraraq kəllə-beyin travması yetirib. Bundan sonra o, uşağı evin yaxınlığındakı əraziyə aparacağı ilə hədələyib, ona kürək verib və özü üçün qəbir qazmağa məcbur edib.
İndi oğlan ailədən alınıb və təhsil müəssisəsindən birindədir. Kişiyə qarşı uşağa düzgün tərbiyə verməmə, amansız rəftarla müşayiət olunan, o cümlədən qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












