Şəmkirdə dörd nəfər dəm qazından zəhərləndi: Üçü azyaşlıdır

Şəmkirdə iki ailənin 4 üzvü dəm qazından zəhərlənib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zəhərlənənlərdən üçü azyaşlıdır.
Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Tamara Şükür qızı, 2014-cü il təvəllüdlü Məmmədov Yusif Şükür oğlu, 2021-ci il təvəllüdlü Baytarov Elman Azər oğlu və 2022-ci il təvəllüdlü Baytarov Nihat Azər oğlu dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, hadisə bu gün saat 15:05 radələrində baş verib:
“Dəm qazından zəhərlənmə diaqnozu ilə 4 nəfər (2003-cü təvəllüdlü (qadın cinsi olmaqla), 2021-ci il təvəllüdlü (kişi cinsi olmaqla), 2022-ci il təvəllüdlü (kişi cinsi olmaqla), 2014-cü il təvəllüdlü (kişi cinsi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələrinə davam etdirilir. Birinin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti stabil qiymətləndirilir”.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












