Şəmkirdə mübahisə edən şəxslər bıçaqlanıblar

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Avtosfer.az-ın məlumatına görə, rayon ərazisində mübahisə edən iki nəfər bıçaq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov hadisə ilə bağlı oxu.az-a açıqlama verib.
O bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Könüllü kənd sakinləri Pərviz İsayev və Azər Əliyevin bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. P.İsayev Gəncədəki, A.Əliyev isə Şəmkirdəki xəstəxanalardan birinə yerləşdiriliblər. Araşdırmalar zamanı məlum olub ki, P. İsayev həmkəndlisi Azər Əliyev ilə mübahisə edən zaman, sonuncunun qardaşı Bəxtiyar Əliyev özünəməxsus bıçaq ilə ona bir neçə bıçaq zərbəsi vurub, P.İsayev isə A.Əliyevin qarın və bel nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub.
Hazırda araşdırmalar davam etdirilir”.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












