Şəmkirdə qonşular arasında dava: 5 nəfər xəsarət aldı

Şəmkirdə kütləvi dava olub.
Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Qonşular arasında düşən mübahisə zamanı 1979-cü il təvəllüdlü Anar Bədiyev, 1970-ci il təvəllüdlü Asif Sədirov, 1960-cı il təvəllüdlü Akif Sədirov, 1997-ci il təvəllüdlü Babək Şahbazov və 1996-cı il təvəllüdlü Cavanşir Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisənin səbəbləri araşdırılır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub və dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












