Polis aldığı rüşvəti UDMAQ İSTƏDİ - VİDEO - VİDEO

Hindistanın Haryana ştatının Fəridabad şəhərində polis əməkdaşı korrupsiyaya qarşı mübarizə idarəsinin qarşısında rüşvət kimi aldığı pulu udmağa çalışıb.
Cinayət başında yaxalanan rüşvətxorun həmin anı videoya çəkilib.
Kiçik polis müfəttişi Mahendra Ula camışın oğurlandığı şəxs Şambhu Nathdan 10 min rupi (200 manatdan çox) rüşvət tələb edib. Nath altı min rupi (120 manatdan çox) ödəyib və polisin hərəkətindən şikayət edib. Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları rüşvətin qalan hissəsini alarkən qanun pozucusunu yaxalamaq qərarına gəliblər.
Rüşvət alarkən korrupsiyaya qarşı mübarizə aparan şəxslər qanunu pozan polisi həbs etməyə çalışsalar da, o, rüşvəti udmağa çalışıb. Sosial şəbəkələrdə yayılan hadisə videoya çəkilib. Pul verilməsi anının görüntülərində Ulanın əskinasları udmağa çalışdığı, korrupsiya ilə mübarizə aparan əməkdaşların pulu götürmək üçün barmaqlarını onun ağzına qoyduğu görünür. (lent.az)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












