Sərnişin ona balıq verməkdən imtina edən stüardessanı zorlamaq istədi

Tailanddan Hindistana uçan İsveç vətəndaşı uçuş zamanı balıq verməkdən imtina edən stüardessaya təcavüz etməyə başlayıb və polisə düşüb.
Hadisə Banqkokdan Mumbaya uçan təyyarədə baş verib. Məlumata görə, 24 yaşlı stüardessa təyyarədə sərxoş olduğu iddia edilən 63 yaşlı sərnişinə yaxınlaşıb və yemək seçimi təklif edib.
Ekipaj üzvü təyyarədə heç bir balıq və ya dəniz məhsulları olmadığını bildirib və bu, kişini qəzəbləndirib. "Mən ona yemək üçün toyuq gətirdim və POS terminal vasitəsilə ödəmək üçün bank kartı istədim. Sərnişin kartı çıxarmaq bəhanəsi ilə əlimdən tutdu”, - stüardessa deyib.
Bundan sonra isveçli, stüardessanın həmkarlarının dediyinə görə, ona "toxunmağa" başlayıb. Qız hadisəni təyyarənin kapitanına danışıb, o, sərnişinə xəbərdarlıq edib.
Təyyarə hava limanına endikdən sonra stüardessalar hadisə barədə polisə məlumat veriblər və həmin şəxs saxlanılıb. İsveçlinin vəkili iddia edir ki, müştərinin psixi sağlamlıq problemləri var və qadına təcavüz etmək istəməyib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












