Sərnişin üstündə əlbəyaxa dava düşdü - VİDEO

Sərnişini bölə bilməyən sürücülər, əl-ayaq şousu göstərdilər.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən hadisə Rusiyanın paytaxtında yaşanıb. Piyadalar tərəfindən çəkilən görüntüdən göründüyü kimi sürüclər əl-ayaq hərəkətləri ilə bir-birilərinə şiddət göstərirlər. Ağsaqqal sürücü ayağından zədələnib yerdə otursa da, məhəl qoymayan orta yaşlı digər nəqliyyat sahibi yaxınlaşaraq onu ayağı ilə vurur. Aranı sakitləşdirməyə çalışan insanlar nisbətən davanı səngitsə də, yaşlı sürücü ayağa duraraq onu təhqir etməyə davam edir.
Sonda yol polisinin işə cəlb olunmasıyla bitən davanın səbəbkarları bölməyə cəlb olunaraq, hər ikisindən də ifadə alınıb. Təbii ki, sürücülər öz növbəsində qarşı tərəfi günahlandıraraq, mübahisənin sərnişin səbəbindən olduğunu qeyd ediblər.
Aparılan araşdırmalar zamanı, onlar arasında tez-tez davanın baş verdiyi müəyyənləşib. Məhz bunu nəzərə alan aidiyyatı qurumlar hər ikisini cərimələyərək, nəzarət altında fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












